Norveç Ermənistandakı dünya çempionatını boykot edəcək
Norveç Boks Federasiyası Rusiya və Belarusdan olan idmançıların iştirakı ilə əlaqədar 2023-cü il dünya çempionatını boykot edəcəyini bildirib. Qərar təkcə idmançılara deyil, həm də hakimlər və digər rəsmi şəxsləra də aid ediləcək.
“Yaxın gələcəkdə biz nə Hindistanda (kişilər arasında) və Özbəkistanda (qadınlar arasında), nə də Ermənistanda keçiriləcək dünya çempionatlarında iştirak etməyəcəyik”, - deyə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Norveçin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarını da eyni səbəbdən boykot edəcəyi gözlənilir.