Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş 27 fevral - 5 mart "idman həftəsi” münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Baş İdarə nəzdində Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə 2008-2009, 2010-2011, 2012-2013-cü illər təvəllüdlü yeniyetmələr arasında Gəncə şəhər birinciliyi keçirilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov tədbirdə çıxış edərək, yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Birincilikdə 110 yeniyetmə idmançı mübarizə aparıb. Qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomla mükafatlandırılıblar.