Sabah Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək.49 ölkədən 364 cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmaçıları da qüvvələrini sınayacaqlar. Üç gün davam edəcək yarışda ölkəmiz 6 cüdoçu ilə təmsil olunacaq. Atıq yarışda iştirak edəcək cüdoçularımızın ilk rəqiblərinin adına aydınlıq gəlib.
60 kq.
Rövşən Əliyev - Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov - Moritz Plafki (Almaniya)
66 kq.
Kamran Süleymanov - Vilcar Lipard (Estoniya)
Ruslan Paşayev - Lennart Slamberqer (Almaniya)
73 kq.
Nəriman Mirzəyev - Bahruzi Xocazoda (Tacikistan)
Rəşid Məmmədəliyev - Şaxram Ahadov (Özbəkistan)
Qeyd edək ki, turnir Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.