Ölkə çempionatı başa çatdı

Ölkə çempionatı başa çatdı

Bakı İdman Sarayında keçirilən güləş üzrə yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatına yekun vurulub. Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində 123 güləşçi gücünü sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Elnar Ziyadov (48 kq), Murad Əliyev (55 kq), Murad Zeynalabdinov (65 kq), Orxan Hacıyev (80 kq) və Mahir Qurbanlı (110 kq) bütün rəqiblərini qalib gələrək Azərbaycan çempionu adına sahib olublar.