Paytaxtımız atıcılıq üzrə dünya kubou yarışına hazırlaşır. Mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar. Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib. Atletlərlə yanaşı, yarışlara 300 nəfər texniki heyət də qatılacaq.
Qeyd edək ki, ötən il Bakıda keçirilmiş atıcılıq üzrə dünya kuboku yarışlarında həm güllə, həm də stend atıcılığı üzrə dünyanın 66 ölkəsindən 700 atlet iştirak etmişdi.