Pəhləvanlarımız Avropa çempionatına hazırlaşırlar

 Pəhləvanlarımız Avropa çempionatına hazırlaşırlar

Azərbaycan çempionatının nəticələrinə əsasən yeni heyəti formalaşan yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığmamız Xaçmaz Olimpiya İdman Kompleksində hazırlıq prosesində iştirak edir. Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlərə yer ayrılıb.

Aprelin 25-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında 26 pəhləvan iştirak edir.