Aprelin 15-16-da Polşanın Poznan şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri keçirilib. 24 ölkədən 417 (248 oğlan, 169 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Poznan sınağında 20 (15 oğlan, 5 qız) idmançı ilə təmsil olunan komandamız 1 gümüş və 5 bürünc medala sahib çıxıb. Komandamızın üzvlərindən Qadir Hüseynov (-73 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüb. Bürünc medallara isə oğlanların yarışında Aydın Rzayev (-66 kq), Süleyman Əliyev (hər ikisi -73 kq), İsmayıl Zamanov (-90 kq), Kənan Nəsibov (+100 kq), qızların mübarizəsində isə Nərmin Əmirli (78 kq) sahib olub.