Yeniyetmə cüdoçular Sumqayıtda bir araya gəldilər

Yeniyetmə cüdoçular Sumqayıtda bir araya gəldilər

Aprelin 14-15-də Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş U-15 kiçik yaşlı yeniyetmələr arasında şəhər birinciliyi keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi “Heydər Əliyev İli“nin qeyd edilməsi, cüdo idman növünün təbliği və inkişafı, idmançıların idman ustalığının artırılmasından ibarət olub. Yarışda 300-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Yarışın qalib və mükafatçıları fəxri fərman və medalla təltif olunub, eyni zamanda Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə ediblər.