Pəhləvanlarımız Avropa çempionatında mübarizəyə başlayırlar

Pəhləvanlarımız Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatına start veriləcək. Azərbaycanın beş sərbəst güləşçisi çempionatda mübarizəyə başlayır. Əliabbas Rzazadə (57 kq) Anatoli Buruian (Moldova) - Horst Ler (Almaniya) cütünün qalibi, Əli Rəhimzadə (65 kq) Georgios Pilidis (Yunanıstan) - İslam Dudayev (Albaniya) duelinin güclüsü, Hacı Əliyev (70 kq) italiyalı Canluka Talamo, Səbuhi Əmiraslanov (79 kq) İman Mahdavinin (Dünya Güləş Birliyi) və Maqomedxan Maqomedov (97 kq) İtaliya idmançısı Benjamin Honis ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 23-də yekun vurulacaq.