Sərbəst güləşçimiz Avropa çempionu oldu

Sərbəst güləşçimiz Avropa çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Yarışda iştirak edən Azərbaycan millisi ilk medalını qazanıb. Komandamıza medalı turnirdə 57 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Əliabbas Rzazadə qazandırıb. Təmsilçimiz ilk görüşdə almaniyalı Horst Leri təmiz qələbə ilə mübarizədən kənarlaşdırıb. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Ə.Rzazadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə türk Süleyman Atlıyla üz-üzə gəlib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz ilk dəfə Avropa çempionu olub.