Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı nümayiş etdirilib

Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı nümayiş etdirilib

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib. Sərbəst güləş üzrə yığmaların təltifetmə mərasimdən sonra hər iki komandanın nümayəndə heyəti arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib, növbəti dəfə dost və qardaşlıq mesajı veriblər.

Qeyd edək ki, 2 qızıl, 2 gümüş və 2 bürünc qazanan Azərbaycan millisi Avropa çempionu olub. Türkiyə seçməsi isə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yeri tutub.