Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol üzrə “Heydər Əliyev kuboku” turnirinə start veriləcək. Yarışda həm qadın, həm də kişi idmançılar mübarizə aparacaqlar. Qadınların mübarizəsində Birinci Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaqlar. Kişilərin yarışında isə Birinci Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Təhsil”, “Express”, “Xarı bülbül-2” və Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül” komandaları mübarizə aparacaqlar.
Dörd gün davam edəcək turnir Olimpiya sistemi ilə keçiriləcək və məğlub olan komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubok yarışlarının final görüşləri təşkil olunacaq.
Qarşılaşmalar Azərbaycan Voleybol Federasiyasının idman zalında, “Murov” klubunun idman zallarında və Voleybol Mərkəzində təşkil olunacaq.