Ağırlıqaldıranlar Azərbaycan çempionatında bir araya gələcəklər

Ağırlıqaldıranlar Azərbaycan çempionatında bir araya gələcəklər

 

Aprelin 28-29-da Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi və Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox idmançı qüvvəsini sınayacaq. Çempionatın təşkilində əsas məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət yığmaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.