Azərbaycan Basketbol Liqasında XXVIII turu çərçivəsində daha bir oyunu keçirilib.
Turun ikinci matçında "Zirvə Astara" və "AAAF Xırdalan" komandaları üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş Xırdalan təmsilçisinin 109:96 hesablı qələbəsi ilə yekunlaşıb.
"AAAF Xırdalan" bu nəticə ilə müntəzəm çempionatı dördüncü pillədə tamamlayıb.
Qeyd edək ki, turun "Sabah" - "Olimpik Şəki" və NTD - "Neftçi" oyunları aprelin 29-da olacaq.