Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatına start veriləcək. 14 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayır. Yığmamız mundialda tam heyətlə mübarizə aparır. Məşqçilər korpusu turnirdə 13 boksçuya şans verib.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışda 100-dən çox ölkədən 700-dək boksçu iştirak edir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılacaqlar.