Çinli qrossmeyster Dinq Liren şahmat üzrə 17-ci dünya çempionatının qalibi adını qazanıb. O, bu titula tay-breyk görüşünün Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini qara fiqurlarla məğlub etməklə yiyələnib. Şahmatçılar arasında ilk üç oyun heç-heçə yekunlaşmışdı.