Fərid Qayıbov: “Hər şey istintaqın sonunda məlum olacaq”

Fərid Qayıbov: “Hər şey istintaqın sonunda məlum olacaq”

Bu yaxınlarda Sumqayıtda məşq zamanı Avropa çempionu Mehman Xəlilovun 7 yaşlı tələbəsi Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək, ölümünə səbəb olması cəmiyyətdə böyük səs-küyə səbəb olun. Hadisə ilə bağlı Gənclər və İdman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında idmançının ölümündən kədərləndiyini bildirib, onun yaxınlarına baş sağlığı verib. O, hadisə ilə bağlı bir çox versiyanın olduğunu, yekun nəticənin isə istintaqın sonunda məlum olacağı qeyd edib.

"Bu barədə danışmaq mənim üçün çox çətindir. Əvvəlcə bu bədbəxt hadisə ilə bağlı həmin uşağın ailəsinə baş sağlığı verirəm. Belə bir hadisənin baş verməsi hər birimizi təsirləndirdi. Hadisə ilə bağlı bir çox versiyalar var. Onlardan da biri də həmin idmançının narkotik aludəçisi olması ilə bağlıdır. Hazırda istintaq prosesi gedir. Hər şey istintaqın sonunda məlum olacaq, - deyə Fərid Qayıbov bildirib.

O, federasiyalarla lisenziyalaşma prosesi ilə bağlı daim görüşlərin keçirildiyini də diqqətə çatdırıb. Bizim prioritet məsələlərimizdən biri də odur ki, idman bölmələrində məşqçilər federasiyaları tanısınlar. Təəssüf ki, bir çox hallarda məşqçilər heç bir federasiyanı tanımır. Hazırda lisenziyalaşma var. İdmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi ilə bağlı işlər həyata keçirilir. İnsanlar artıq bir yerdən daxil olaraq, həm idmançılar, həm məşqçilər, həm də hakimlər haqda məlumat əldə edə biləcəklər. Sistem artıq hazırdır. Amma həmin sistemə məlumatları əlavə etmək bir az vaxt tələb edir”, - deyə F.Qayıbov bildirib.