“Paris-2024 Yay Olimpiya Oyunlarına az bir vaxt qalıb. Bizim hələki bir lisenziyamız var. Yeganə lisenziyanı atıcımız Ruslan Lunyov qazanıb”.
Bu sözləri jurnalistlərə açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov bildirib. O qeyd edib ki, hər bir federasiya ilə bu baxımdan çalışarkən özlərində müəyyən say formalaşır.
“Ölkəmizdə beynəlxalq tədbirlər keçirilir. Onlardan bir neçəsi də lisenziya xarakterlidir. Ümumiyyətlə, idmançılarımız digər ölkələrdə keçirilən yarışlara da hazırlaşırlar. Biz federasiyalarla işləyərkən maksimum və minimum həddi onlar bildirmişik. Düşünürəm ki, bu il bizim üçün uğurlu il olacaq. Amma təkcə bu il deyil, növbəti il də uğurlu ola bilər. Bir çox idman növlərində də lisenziya qazanmaq şanslarımız var. Bu il lisenziya qazana bilməyən idmançılarımız isə növbəti ildə belə bir şans əldə edəcəklər”, - deyə Fərid Qayıbov bildirib.