FIDE prezidenti Arkadi Dvorkoviç “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının keçirildiyi Bakı Kristal Zalında olub.
FIDE rəhbəri burada yaradılan şəraitlə tanış olaraq, hazırlıq işlərini yüksək qiymətləndirib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışla bağlı qonağa məlumat verib.
Sonra FIDE rəhbəri Arkadi Dvorkoviç AŞF prezidenti Mahir Məmmədovla şahmat taxtası arxasında yoldaşlıq görüşü keçirib. Partiya heç-heçə başa çatıb.