“Mingəçevirə ilk dəfə idi ki, gəlirəm. Burada çox gözəl qarşılandıq”.
Bu sözləri jurnalistlərə müsahibəsində Mingəçevirdə keçirilən avarçəkmə üzrə “Prezident Kuboku-2023”ün 500 metrlik məsafəyə yarışlarda qalibi olan türkiyəli idmançı Evrim Bostancı bildirib.
O, komandasının bu gün təşkil olunan yarışlarda uğurla çıxış etdiyini qeyd etdi.
“Bu gün təşkil olunan yarışlarda Türkiyə komandası adından 6 idmançı ilə təmsil olunduq. Komandamızın bütün üzvləri 500 metrlik məsafəyə yarışlarda birinci yeri tutdu. Günü uğurla başa vurduq. İnşaallah sabahkı yarış günündə də eyni uğuru təkrarlamağı düşünürük”, - deyə Evrim Bostancı bildirdi.
Qeyd edək ki, 20 ölkədən 100-dək idmançının iştirak etdiyi yarışın ilk günündəSuqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunub. Turnirə sabah keçiriləcək akademik avarçəkənlərin yarışı ilə yekun vurulacaq. Qaliblərin mükafatlandırma mərasimi isə bir gün sonra Bakı bulvarında təşkil olunacaq.