Bu gün Göygöldə cüdo üzrə Avropa kuboku start götürəcək

Bu gün Göygöldə cüdo üzrə Avropa kuboku start götürəcək

Bu gün Göygöldə ilk dəfə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinə start veriləcək.Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan vəAvropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində yer alan turnirdə 19 ölkədən 300-ə yaxın idmançı iştirak edəcək.

Avropa Kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək.

Turnirə mayın 7-də yekun vurulacaq.