“Gələcəkdə Suqovuşanda Avropa və dünya kubokları da keçirilə bilər”

“Gələcəkdə Suqovuşanda Avropa və dünya kubokları da keçirilə bilər”

Suqovuşanda keçirilən yarışın görüntülərini Avropa Kanoe Assosiasiyasının və Beynəlxalq Kanoe Assosiasiyasının rəhbərlərinə göstərdik. Bundan sonra onlar bizə söylədilər ki, gələcəkdə Suqovuşanda Avropa və dünya kubokları da keçirilə bilər”.

Bunu jurnalistlərə müsahibəsində “Prezident Kuboku-2023” beynəlxalq reqatasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev bildirib.

 

O, beynəlxalq qurumların yarışın təşkilatçılıq səviyyəsindən razı qaldıqlarını bildirdi:

 

“Yarışın ilk gününə Suqovuşanda start verildi. Ardınca isə Mingəçevirdə iştirakçı ölkələrin paradı keçirildi. Beynəlxalq qurumun rəsmilərinə həmin tədbirin görüntülərini göstərdikdə təşkilatçılıq səviyyəsindən razı qaldıqlarını bildirdilər”.

 

Azərbaycan idmançılarının yarışda uğurla çıxış etdiyini deyən federasiya rəsmisi bu gün keçirilən finallarda da komandamızdan medallar gözlədiyini qeyd etdi.

O, qaliblərə medalların sabah Bakıda təşkil olunacaq mükafatlandırma mərasimində təqdim olunacağını bildirdi,