“Yenidən Qarabağda, Mingəçevirdə olmaqdan məmnunam. Burada olduğum üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədova və bütün məmurlara təşəkkür edirəm”.
Bunu jurnalistlərə müsahibəsində “Prezident Kuboku-2023” beynəlxalq reqatasında Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı deyib.
O, budəfəki yarışda iştirakçıların daha çox olduğunu diqqətə çatdırdı.
“Ötən yarışlardan fərqli olaraq, budəfəki reqatada 20-ə yaxın ölkə iştirak edir. Bu da iştirakçı ölkələrin hər turnirdə artdığını, yarışa marağın böyük olduğunu göstərir. Biz hər zaman qardaş ölkəyik. Bir millət, iki dövlət şüarı ilə çıxdığımız bu yolda burada olmaqdan məmnunluq duyuram. Yarışda iştirak edən idmançılarımız gözəl performans sərgilədilər. Qarşıdakı yarışlar üçün idmançılarımızın hazırlıq səviyyəsini burada sınaqdan keçirdik”, - deyə Alper Kabakçı bildirdi.