Fransanın paytaxtı Parisdə keçirilən gənc cüdoçular arasında Avropa kuboku turnirinə yekun vurulub. Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar. Turnirin ikinci günündə isə Ömər Rəcəbli (81 kq) gümüş, Kənan Nəsibov (100 kq-dan yuxarı) qızıl medal əldə ediblər. Cüdoçularımız turnirdə ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında ikinci, ümumi komanda hesabında üçüncü yeri tutublar.
Cüdoçularımızın Paris sınağı 4 medalla yadda qaldı