Cüdoçularımız Göygöldə keçirilən Avropa kuboku turnirində birinci yeri tutublar

Cüdoçularımız Göygöldə keçirilən Avropa kuboku turnirində birinci yeri tutublar

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku turniri baş çatıb.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş və 9 bürünc medal əldə ediblər.

Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olublar.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə ikinci yeri tutub.