Çempionlar Liqası: “Şəhərlilə” Madriddən sülhlə qayıtdı

Çempionlar Liqası: “Şəhərlilə” Madriddən sülhlə qayıtdı

Ötən gecə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə bir qarşılaşma təşkil olunub. Turnirin son qalibi İspaniyanın "Real Madrid" klubu İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. “Santyaqo Bernabeu” stadionunda oynanılan matçda qalib müəyyənləşməyib – 1:1.

Matçda Madrid təmsilçisinin heytində Vinisyus Junior, “Mançester Siti”də isə Kevin De Bruyne fərqlənib.

Komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.