Daha bir ağırlıqqaldıranımız Tunisdə fərqləndi

Daha bir ağırlıqqaldıranımız Tunisdə fərqləndi

Tunisdə keçirilən ağırlıqqaldırma üzrə 33-cü Afrika çempionatı davam edir. Yarışda iştirak edən Azərbaycan idmançısı Ömər Cavadov 73 kq-da körpücük üzərinə çıxıb. İdmançımız birdən qaldırma hərəkətində 143, təkanla qaldırmada isə 167 kq çəkini ram edib. Ümumilikdə 310 kq (143 kq + 167 kq) nəticə göstərən ağırlıqqaldıranımız bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində isə 5-ci olub. Idmançımız iki hərəkətin cəmində isə 4-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq), kişilərdən isə İsa Rüstəmov (67 kq) Afrika çempionu olub.