Basketbol Liqası: “Gəncə” seriyada hesabı bərabərləşdirdi

Basketbol Liqası: “Gəncə” seriyada hesabı bərabərləşdirdi

Azərbaycan Basketbol Liqasında keçirilən final seriyasının oyunları davam edir. “Sabah” və “Gəncə” komandaları seriyanın ikinci oyununda “Sərhədçi” İdman Mərkəzində qarşılaşıblar. Oyun “Gəncə” komandasının 78:74 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə final seriyasında hesab bərabərləşib - 1:1.

Komandalar arasında növbəti oyun mayın 24-də təşkil olunacaq.

Qeyd edək ki, qalibin adına üç qələbənin nəticəsinə əsasən aydınlıq gələcək.