Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib. “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər. Görüş “Sabah”ın 93:90 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə "Sabah", ikinci qarşılaşmada isə "Gəncə" qələbə qazanıb.
Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.