Teymur gerilədi, Şəhriyar isə...

Teymur gerilədi, Şəhriyar isə...

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) iyun ayı üçün reytinq cədvəli açıqlanıb. Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov (2747 xal) üç pillə geriləyərək 13-cü yerə düşüb. Şəhriyar Məmmədyarov (2740 xal) bir sıra irəliləyərək 15-ci, Qədir Hüseynov (2661) 3 pillə geriləyərək 83-cü olub. Rauf Məmmədov isə "100-lüy"ü tərk edib.

Siyahıya norveçli Maqnus Karlsen (2853) liderlik edir. Fransalı Alireza Firuzca (2786) 2-ci, son dünya çempionu çinli Din Liren (2780) isə 3-cüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu pillədə qərarlaşıb.

--