Rinqdə Azərbaycan zəfəri

Rinqdə Azərbaycan zəfəri

İranın Xoy şəhərində boks üzrə beynəlxalq turnirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Azərbaycan komandası da iştirak etmişdir.
Turnirdə idmançılarımız 7 çəki dərəcəsində qüvvələrini sınamışlar.
Yarışlarda Xəyyam Məmmədov (56 kq) və Hüseyn Qasımov (81 kq) çıxış etdikləri çəki dərəcələrində birinci yerləri tutmuşlar.
Azərbaycanın digər təmsilçisi - İlkin Seyfəddinov isə "Ən yaxşı məşqçi" adına layiq görülüb.