Fərid Qayıbov: “İdmançılarımız yarışa hazırdırlar” 

Fərid Qayıbov: “İdmançılarımız yarışa hazırdırlar” 

"Bu gün nazirliyin qarşısında bayram əhval-ruhiyyəsi hiss olunur, III Avropa Oyunlarında iştirak edəcək komandamız artıq yola düşür. Bütün idmançılara uğurlar arzulayıram, onlara inanırıq”.

Bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Polşada keçiriləcək III Avropa Oyunlarına yolasalma mərasimində deyib.

O, komandamızın Krakovda böyük nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

“İdmançılarımız səylə hazırlaşıblar, yarışa hazırdırlar. Turniri işıqlandıran media nümayəndələrinə də təşəkkür edirəm".

Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa OyunlarındaAzərbaycan yığması idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunacaq.