“Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmışıq. Bacardığımız qədər Polşada ən yaxşısını etməyə çalışacağıq”.
Bunu olimpnewsa müsahibəsində karate üzrə yığma komandamızın üzvü Asiman Qurbanlı deyib.
Yarışların komandamız üçün yaxşı keçəcəyinə inandığını deyən idmançımız Oyunlardan ölkəmizə yüksək nəticə ilə qayıdacağımıza ümid edir.
“Fikrimcə bu, hamımız üçün qürurverici bir hadisə olar. Bütün imkanlarımızdan maksimum dərəcədə istifadə etməyə çalışacağıq ki, nəticəmiz də yaxşı olsun”.