Cavad Ağayev: “Çalışacağıq ki, Polşada bizə olan ümidləri doğruldaq”

Cavad Ağayev: “Çalışacağıq ki, Polşada bizə olan ümidləri doğruldaq”

"Oyunlara yüksək səviyyədə hazırlaşmışıq. Çalışacağıq ki, Polşada bizə olan ümidləri doğruldaq".

Bu sözləri olimpnewsa açıqlamasında III Avropa Oyunlarına yolasalma mərasimində taekvondo üzrə yığma komandamızın üzvü Cavad Ağayev deyib.

Yarış üçün çəki salan idmançımız Oyunlardan qızıl medalla qayıdacağına inandığını bildirib.

“Əsas hədəfimiz təbii ki, qızıl medaldır. Elə bu amalla da yola çıxmışıq. Güclü rəqiblərim var. Avropalılar hər zaman taekvondoda fərqləniblər. Lakin mən də çalışacağam ki, Polşada onlardan güclü olduğumu sübut edim. Komandamızın bütün üzvlərinə uğurlar arzulayıram”, - deyə Cavad Ağayev qeyd edib.