“Bu gün qalib gələcəyimi hiss edirdim”.
Bu sözləri Polşada keçirilən III Avropa Oyunlarının karate yarışlarında Azərbaycana ilk qızıl medalı qazandıran Tural Ağalarzadə deyib.
67 kq çəkidə bütün rəqiblərindən üstün olan idmançı qələbəsi ilə tarix yazdığını deyib: “Bu qələbəni sözlərlə ifadə etmək mümkün deyil. Avropa Oyunlarında tarix yazdım. Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan dövlətimizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə və sevdiklərimə təşəkkür edirəm. Finaladək çətin döyüşlərim oldu. Həlledici görüşdə isə üçqat Avropa çempionu olan yunanıstanlı karateçi ilə üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji və fiziki cəhətdən çox hazır idim”.