Krakov-2023: Dörd taekvondoçumuzun rəqibinin adına aydınlıq gəldi

Krakov-2023: Dörd taekvondoçumuzun rəqibinin adına aydınlıq gəldi

Polşada təşkil olunan III Avropa Oyunlarında taekvondo yarışlarının ilk gününün püşkü atılıb.

Multiidman turnirində Azərbaycan millisinin 4 idmançısının da ilk rəqibləri müəyyənləşib.

Təmsilçilərimizin hər biri yarışa səkkizdəbir final mərhələsindən başlayacaq.

Millimizin üzvü Səyyad Dadaşov (54 kq) almaniyalı Xalid Abdel Halimlə üz-üzə gələcək. Qaşım Maqomedov (58 kq) startda Aymen Açnineni (Niderland) sınağa çəkəcək. Turnirdə 46 kiloqram çəki dərəcəsində çıxış edəcək Minayə Əkbərova debütdə Sofiya Zampetti (İtaliya) ilə gücünü sınayacaq. Patimat Abakarova (49 kq) isə ilk görüşünü Sufarada Kisskalta (Almaniya) qarşı keçirəcək.

Azərbaycan millisi Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur.