"İki ay əvvəl Avropa çempionatının finalında burnum sındığı üçün döyüşə bilməmişdim. Bütün bunları italiyalı idmançı etmişdi. Yenə İtaliya təmsilçisi burnumu qırdı".
BunuIII Avropa Oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınan Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) deyib.
O, ciddi xəsarət almadığını bildirib: "Sadəcə, zərbə köhnə zədənin üzərinə dəydiyi üçün huşumu itirdim. Dərhal xəstəxanaya apardılar, sistem köçürdülər. Çox yaxşı qulluq etdilər".