Asiya Boks Konfederasiyası Beynəlxalq Boks Assosiasiyasını (IBA) tərk etmək niyyətindədir. Bu barədə Konfederasiyasının İdarə Heyətinin Banqkokda keçirilən iclasında bildirilib.
Asiya Boks Konfederasiyası tələb olunan islahatları həyata keçirmədiyinə görə BOK-un tanınmasından məhrum edildikdən sonra Beynəlxalq Boks Assosiasiyasından çıxmaq niyyətindədir.
Builki boks üzrə Asiya çempionatı isə növbəti xəbərdarlığa qədər təxirə salınıb.
Əvvəllər bir neçə ölkə IBA-dan çıxıb və World Boxing adlı federasiya yaradıb.