İlin son ayında Bakıda daha bir mötəbər yarış keçiriləcək

İlin son ayında Bakıda daha bir mötəbər yarış keçiriləcək


Dekabrın 5-dən 8-dək Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının "IWF Qran-Prix - II” Beynəlxalq Bakı Kuboku yarışları keçiriləcək.
Beynəlxalq yarışda 62 və 69 kiloqram çəki dərəcələrində kişilər, 53 və 58 kiloqram çəki dərəcələrində qadınlar qüvvələrini sınayacaqlar.
Artıq Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağırlıqqaldıranlar Bakı kubokunda iştirakını təsdiqləyiblər.
Yarışlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək.