Bu gün Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarına start verilib. Atletika komandamız yarışda 8 idmançı ilə təmsil olunur. Komandamızın heyətində ilk gündə mübarizəyə başlayan Səid Məmmədov öz qrupunda oğlanların 800 m məsafəyə qaçış yarışlarında 2:02,30 nəticə ilə yeddinci yeri tutub. Digər təmsilçimiz Novruz Əsədli isə 100 metr məsafə üzrə qaçış yarışlarında 11,32 saniyə nəticə ilə sonuncu - altıncı olub.
Qeyd edək ki, bu gün komandamızın digər üzvlərindən Məhəmməd Şəfiyev Bakı vaxtı ilə saat 19:05-də nüvə itələmə, İlahə Quliyeva saat 19:40-da 400 m məsafəyə qaçış, Veronika Antropova isə saat 20:35-də uzunluğa tullanma yarışlarında iştirak edəcək.