“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında son yoldaşlıq görüşünü keçirib. 5-ci sınağına çıxan Azərbaycan çempionu ardıcıl üçüncü qələbəsini qazanıb. “Sabah”ın sınaqçı rəqibinin “Zlatibor” olması planlaşdırılsa da, son anda proqramda dəyişiklik edilib. Komandamız yerli “Klik”i 91:62 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac” (57:62) və “Radniçki”yə (81:82) məğlub olub, ardından “OKK Belqrad” (97:84) və “Srvena Zvezda 2”yə (81:78) qalib gəlib.