Gəncədə "Təhsil” İdman Mərkəzində uşaqlar və
yeniyetmələr
arasında taekvondo 
idman növü üzrə şəhər birinciliyi keçirilib.
Ümumilikdə 100 idmançının mübarizə apardığı
yarışın məqsədi respublika yarışlarında
iştirak edəcək şəhərin yığma
komandasının tərkibini
müəyyənləşdirmək olub. Turnirdə
"Təhsil” idman məktəbi
birinci, uşaq-gənclər idman məktəbi
isə ikinci yeri tutub.
Yevlaxın Aran I qəsəbəsindəki M.Pənahov adına 1 saylı orta məktəbin idman zalında çoxmübarizəli idman döyüş növləri üzrə açıq şəhər birinciliyi keçirilib. Qazax, Göyçay, İsmayıllı, Ucar və Yevlax şəhər komandalarının iştirakı ilə keçirilən yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Qaliblər Yevlax Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
* * *
Ağcabədidə rayon gənclər və idman idarəsinin dəstəyi ilə "Cəsurlar” hərbi-idman və turizm oyununun rayon birinciliyi keçirilib. 480 nəfərin iştirakı ilə keçirilən yarışda C.İbrahimov adına 8 saylı orta məktəbin komandası birinci, M.Aranlı adına 11 saylı məktəbin kollektivi ikinci, R.İbrahimov adına Nəcəf Qulubəyli kənd tam orta məktəbinin komandası isə üçüncü yerə sahib olublar.
* * *
Şəkidə ümumtəhsil məktəbləri arasında voleybol üzrə şəhər birinciliyi keçirilib. Ümumilikdə, 180 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi perspektivli idmançıları aşkar edib zona komandasına cəlb etməkdir. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Şəki şəhəri 7 saylı orta məktəbin komandası birinci, 9 saylı məktəbin kollektivi ikinci, 10 saylı məktəbin şagirdləri isə üçüncü yerə sahib olublar.
* * *
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Daxili Qoşunlarının "N” saylı hərbi hissəsində "Cəsurlar” hərbi idman və turizm oyunu üzrə yarış keçirilib. 350-dən artıq yeniyetmənin iştirakı ilə keçirilən yarışın məqsədi orta məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməkdən ibarət olub. 11 saylı məktəbin komandası turnirin qalibi elan edilib. 29 saylı məktəbin kollektivi ikinci, 15 saylı məktəbin şagirdləri isə üçüncü pillədə qərarlaşıblar.
* * *
Daşkəsən şəhərindəki Səməd Vurğun adına 4 saylı tam orta məktəbin idman zalında ümumtəhsil məktəblilərinin komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Yarışın məqsədi rayonda voleybol idman növünün inkişaf etdirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması olub. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Ə.İsmayılov adına Quşçu kənd tam orta məktəbinin komandası birinci, S.Vurğun adına 4 saylı orta məktəbin komandası ikinci, İ.Nəsimi adına tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər. Qaliblər gənclər və idman idarəsi tərəfindən mükafatlandırılıblar.
* * *
Ağsu şəhərinin Məmmədəmin Rəsulzadə küçəsində yeni idman kompleksinin inşasına başlanılıb. Tikintinin inşası üçün 0,4 hektar torpaq sahəsi ayrılıb. Kompleksdə 6 idman zalı olacaqdır ki, bu zallarda yeniyetmə və gənclər idmanın bir sıra növləri, o cümlədən sərbəst güləş, taekvondo, üzgüçülük və s. məşğul olmaq imkanı əldə edəcəklər. İdman kompleksinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
* * *
Sumqayıtdakı "Alüminiumçu" idman evində 18-20 yaşlı sərbəst güləşçilər arasında 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarış keçirilib. Yarışda 70-dən artıq gənc idmançı qalib adı uğrunda mübarizə aparıb.Turnirdə Kənan Ağamalıyev (46 kq), Pərviz Musayev (50 kq), Murad Mustafayev (55 kq), Kənan Quliyev (60 kq), Tural Əhmədov (66 kq), Elşən Alxanov (74 kq), Ənvər Xəlilov (84 kq), Nurlan İbrahimov (96 kq) və Elvin Məşədiyev (l20 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.