Bakı çempionatının qalibləri müəyyənləşdi

Bakı çempionatının qalibləri müəyyənləşdi

Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatı keçirilib. Paytaxtın ən güclülərinin bir araya gəldiyi yarışda "Ocaq Sport" Klubu (Bakı və Hövsan bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Zabrat, Şağan Olimpiya İdman Kompleksini təmsil edən 110 idmançı çempionluq uğrunda mübarizə aparıb.

Balacalar (2013, 2014, 2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında mübarizə aparan gimnastlar zərif, eyni zamanda çətin elementlərlə zəngin proqram nümayiş etdiriblər. Üç gün davam edən yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşib.