Cüdo üzrə milli komandamızın üzvləri İspaniyanın Malaqa şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak ediblər. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışına Azərbaycan yığma komandasının 13 üzvü qatılıb. Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılovun rəhbərlik edib. Təlim-məşq toplanışı noyabrın 3-5-də Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına və noyabrın 17-19-da keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.
Malaqada təlim-məşq toplanışı keçirilib