Reytinq turnirində uğurlu nəticə
Olimpizm xəbərləri
23.10.2023, 11:14
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Əlcəzairdə keçirilən “Algeria International 2023” beynəlxalq turnirində qızıl medal qazanıb. Yarışa əsas mərhələdən başlayan idmançı ilk görüşdə yerli badmintonçu Daoud Aimeni (21:6,21:16) mübarizədən kənarlaşdırıb. E.Dviçayo növbəti qarşılaşmada polşalı Dominik Kvintaya 2:0 (21:17,21:16) hesabı ilə qalib gəlib. 1/4 finalda Fransa idmançısı Yanis Qaudin təmsilçimizlə oyunu zədə səbəbindən davam etdirə bilməyib. Beləliklə, ilk setdə 15:7 hesabı ilə öndə olan Edi Reski Dviçayo ən güclü "dördlüy"ə yüksəlib. O, yarımfinalda italiyalı Kristofer Vittorianı 2:0 (21:18,21:11) hesabı ilə üstələyib.
Azərbaycan badmintonçusu finalda digər fransalı Saça Leveque ilə görüşdə ilk seti 15:21 hesabı ilə geridə bitirsə də, digər iki setdə (21:13,21:18) rəqibindən üstün oyun sərgiləyərək “Algeria International 2023”də qızıl medal qazanıb. Beləliklə, o, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda hesabına 2500 reytinq xalı yazdırıb.
Qadın idmançı Keişa Fatimə Zəhra da “Algeria International 2023”ü medalla başa vurub. Yarımfinala kimi irəliləməyi bacaran badmintonçu 1750 reytinq xalı toplayaraq yarışın bürünc medalına sahib çıxıb. Keişa Fatimə Zəhra ən güclü "dördlüy"ə yüksəlmək uğrunda keçirilən görüşlərdə Əlcəzair, Fransa və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlsə də, finalın bir addımlığında turnirin qalibi, fransalı Rosi Oktaviaya 3 set davam edən görüşdə 1:2 hesabı ilə uduzub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Badmintonçularımız beynəlxalq turnirdə 17 medal qazanıblar
Bugün, 15:28 Olimpizm xəbərləri
-
"Barselona" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
Bugün, 13:34 Futbol
-
Azərbaycan Üzgüçülük Federasiyası beynəlxalq ekspertlə əməkdaşlığa başladı
Bugün, 13:22 Su idman növləri
-
Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
Bugün, 13:10 Cüdo
-
AVRO-2026: Bu gün daha iki qarşılaşma keçiriləcək
Bugün, 10:38 Voleybol
-
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxacaq
Bugün, 10:21 Futbol
-
Voleybol millimizdən Avropa çempionatında ardıcıl üçüncü qələbə
24.08.2026, 22:00 Voleybol
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol