Noyabrın 2-3-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində cüdo üzrə Bakı şəhər çempionatı keçirilib. Paytaxtın 39 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 187 cüdoçunun mübarizə apardığı yarışda kişilər və qadınlar 14 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Qeyd edək ki, gənclər arasında sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləviliyiə nail olmaq məqsədi ilə keçirilən yarış dekabrın 15-18-də qadınlar və kişilər arasında təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyıb.