Yardımlı şəhər 4 saylı tam orta məktəbdə “Sağlam həyat, sağlam gələcək” devizi altında qızlar arasında voleybol üzrə turnir keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı
rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən turnirdə əvvəlcə Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra tədbir iştirakçıları çıxış edərək Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, uğurlu islahatların nəticəsi olaraq beynəlxalq idman tədbirlərində gənclərin nailiyyətlərini gündən-günə artırdığını bildiriblər. Çıxışlardan sonra qızlar arasında voleybol yarışına start verilib. Gərgin mübarizə şəraitində keçən turnirin yekununda birini və ikinci yeri tutan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom, medal və kuboklarına layiq görülüblər.