“Feniks Sanz” basketbolçusu Terrence Ross NBA-da 11 mövsüm keçirdikdən sonra öz sosial media hesabında peşəkarkaryerasını bitirdiyi barədə paylaşım edib. “Düşündüm, vaxtı çatıb. Sağlamlığım basketbolu məndən aldı. Zədə almağa başladım və buna görə son vaxtlar qəribə olmuşam. Dizlərimi itirməyə başlayıram, belim ağrıyır. Sadəcə evdə uşaqlarla olmaq istəyirəm. Düşünmürəm ki, insanlar biz oynayarkən ailəmizdən nə qədər ayrı olduğumuzu başa düşmürlər. Çox vaxt ad günləri və bayramlar üçün darıxırıq. Mən ata rolunu öhdəmə götürmək, ailəmin bir hissəsi olmaq istəyirəm”, - deyə32 yaşlı Ross bildib.
Qeyd edək ki, Ross karyerası ərzində üç komandada - “Toronto Raptors”, “Orlando Magic” və “Phoenix Suns”da çıxış edib.
32 yaşında basketbolla vidalaşdı