“Böyük dəbilqə” turnirini üç medalla yadda qaldı

“Böyük dəbilqə” turnirini üç medalla yadda qaldı

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Olimpiya ili ərəfəsində təşkil olunan lisenziya xarakterli yarışda dünyanın 84 ölkəsini təmsil edən 506 (398 kişi, 208 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. “Gündoğan ölkə”də 14 (13 kişi, 1 qadın) cüdoçu ilə qüvvəsini sınayan komandamız mötəbər yarışı 1 qızıl və 2 bürünc medalla başa vurub. Yığmamızın heyətində qızıl medala -73 kq çəki dərəcəsində iştirak edən Hidayət Heydərov layiq görülüb. Cüdoçumuz birinci yer uğrunda həlledici görüşdə yaponiyalı Soiçi Haşimotoya qalib gəlib. Bürünc medallara isə Zelim Tçkayev (-81 kq) və Zelim Kotsoyev (-100 kq) sahib çıxıb.