NBA-da yarımfinalçıları müəyyənləşib

NBA-da yarımfinalçıları müəyyənləşib

Dekabrın 6-da NBA-da mövsümlərarası turnirin növbəti 1/4 final oyunları keçirilib. Bununla da turnirin bütün yarımfinalçıları müəyyənləşib. Yekun nəticələrə görə, «İndiana Peysers» - «Milwaukee Bucks», «Los Anceles Leykers» - «New Orleans Pelicans» cütülükləri final üçün mübarizə aparacaqlar. Bütün oyunlar Las-Veqasda (ABŞ) neytral meydançada keçiriləcək.  Yarımfinal komandalarının bütün oyunçuları 100 min, finalçılar 200 min, qaliblər isə 500 min dollar alacaqlar.